Bakı şəhəri, Nərimanov rayonunda paytaxt sakinindən narkotik ələ keçirilib. Bakuplus bu haqda bu gün, 14 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş N.Əsgərov saxlanılıb. Ondan şəxsi baxış zamanı heroin, metamfetamin və 85 qram marixuana aşkar edilərək götürülüb.
Ümumilikdə, paytaxt ərazisində cari ayın ilk 10 günü ərzində keçirilən silsilə əməliyyatlar zamanı 41 kiloqram narkotik və metamfetamin, eləcə də psixotrop maddələr dövriyyədən çıxarılıb. 18 nəfər saxlanılıb.