Paytaxt ərazisində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, metro stansiyalarının birində bir nəfərin mobil telefonu oğurlanıb.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 57 yaşlı V.Qasımlı saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.