Bakının “28 May” stansiyasında aprelin 28-də sərnişinin telefonu oğurlanıb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməldə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.