Paytaxtın Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında yaşıllıq ərazi məhv edilib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az “EcoKönüllü” Facebook səhifəsinə istinadən məlumat verir.
Bildirilir ki, “Kvadratlar” adlanan ərazidə axşam saatlarında gələn tikinti şirkətinin əməkdaşları binanın tikintisi üçün dövlət tərəfindən alınıb əkilmiş şam ağaclarının bir hissəsini kökündən çıxarıblar.
Dövlər Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev bildirib ki, məsələ ilə bağlı agentliyə müraciət daxil olmayıb.