Bakının Sabunçu rayonunda dəm qazından 3 nəfər zəhərlənib. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 15 yaşlı Şirinova Günay Yadin qızı və 38 yaşlı Abdulov Sübhan Vurğun oğlu, Nardaran qəsəbəsində 33 yaşlı Cəbrayılov Həciəli Vahid oğlu dəm qazından zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Bundan başqa, Nərimanov rayonunda 58 yaşlı Abdulrəhimova Gözəl Dərviş qızı, 23 yaşlı Həsənov Nizami Xudayar oğlu və 39 yaşlı Məcidova Lamiyə Səxavət qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hadisələrlə bağlı araşdırmalar aparılır.