Bu gün, 31 may tarixində Sabunçu və Xəzər rayonlarının bəzi hissələrində təbii qazın təchizatı kəsiləcək. Bu haqda Bakuplus.az Bakı Regional Qaz İstismarı Departamentinə istinadən məlumat verir.
Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qaz sızmasının ləğv olunması səbəbindən saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir zamanı Maştağa qəsəbəsi, Nizami küçəsində və Bağlar massivində 6700 istehlakçının qaz təchizatında fasilə yaranacaq.
Həmçinin Xəzər rayonu, Binə qəsəbəsi, dəmiryol stansiyasının yanında aparılan işlər zamanı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Binə qəsəbəsi, Nəsimi, Xaqani, Məmmədyarov, V.Mirzəyev küçələrində və Aviaşəhərcik ərazisində 2000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.