Bakıda mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Səbail rayonu ərazsiində Bakı şəhər sakinləri S.Məmmədovanın və R.Aslanovanın mobil telefonları oğurlanıb. Bu əməli törətməkdə şübhəli bilinən M.Ağayeva saxlanılıb.
Oxşar hadisə Nərimanov rayonunda baş verib. Paytaxt sakini N.Zəkizadənin mobil telefonunu oğurlamaqda şübhəli bilinən F.Məmmədov müəyyən edilərək tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.