Paytaxtın Yasamal rayonu, Azərbaycan Dram Teatrının yaxınlığında avtomobildə yanğın baş verib. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Mercedes” markalı minik avtomobilində baş verib. Nəticədə nəqliyyat vasitəsinin mühərrik hissəsi və ön təkərləri yanıb. Maşının digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.