Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi 53/57 ünvanında irigövdəli ağac aşıb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Güclü külək səbəbindən aşan ağac ərazidə yerləşən təhlükəsizlik kamerasını zədələyib. Daha bir irigövdəli ağac metronun “Nizami” stansiyası yaxınlığında aşıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məsələ ilə bağlı bildiriblər ki, ötən gecə Bakıda 3 ağac sınıb, 4 ağacın isə budaqları qırılıb. Hazırda qurum əməkdaşları tərəfindən müvafiq addımlar atılır.