Bakının Səbail rayonu, Heydər Əliyev Fondunun binasının yaxınlığında sərv ağacı aşıb. Bu haqda Bakuplus bu gün, 7 may tarixində məlumat verir.
Ağacın piyadaların hərəkət hissəsinə düşdüyü qeyd edilir. Ağacın aşmasına küləkli havanın səbəb olduğu ehtimal olunur.
Hadisə yerinə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub.
[caption id="attachment_43519" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]