Paytaxtın mərkəzində narkotik satan şəxs saxlanılıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Səbail rayonunun Nizami küçəsində kokain satışını həyata keçirən 40 yaşlı Fərid Bayramov saxlanılıb.
Baxış zamanı onun üzərindən beş qram kokain, 64 ədəd preqabalin, 50 ədəd ekstazi həbləri və 10 qram kimyəvi tərkibli narkotik olan bonza götürülüb.
Hazırda araşdırma aparılır.