Paytaxtın Səbail rayonu, bulvar ərazisində bir nəfər dənizdə batıb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
İlkin məlumata əsasən, 59 yaşlı Nərminə Qurbanova bulvar ərazisindən dənizə yıxılaraq batıb.
Hazırda FHN-in əməkdaşları hadisə yerinə cəlb olunublar. Batan şəxsin axtarışları davam edir.