Nəsimi rayonunda telefon avtoqəzaya səbəb olub. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Rəşid Behbudov küçəsində baş verib. Mehdi Mehdiyev “Prius” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman telefonla diqəttini yayındırıb. Nəticədə maşın bordürə çarpılaraq aşıb. Sərnişin ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.