Bakının Nəsimi rayonunun C.Hacıbəyli küçəsində yerləşən 18 mərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın həyətində generator alışıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan yoxdur.