Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb. Bu haqda 6 may tarixində APA məlumat verib.
Səbail rayonu, 20-ci sahə adlanan ərazidə 24 yaşlı Kamran Həbiyev Azər adlı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, ürək, ciyər və çiynindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs axtarılır.