Paytaxt sakini olan falçı pul mənimsəməyinə görə saxlanılıb. Bu haqda 16 oktyabr tarixində Report xəbər verib.
Ağstafa rayon sakinin polisə şikayəti nəticəsində məlum olub ki, bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyib. Polisin apardığı əməliyyat-axtarış tədbirlərindən sonra Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.
Məlum olub ki, o, Bakıdan Ağstafaya gələrək, rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib, və ondan cadunun tapılmasına görə 2000 manat pul alıb. Bir neçə ay sonra falçı təkrar görüşüb həmən sakinlə, eyni ritual keçirdib və ondan yenidən 2000 manat alıb.
3-cü dəfə Ağstafa rayonuna gəlmək istəyərkən, onu polis saxlayıb. Faktla bağlı araşdırma davam edir.