Bakı rayonlarının birində vətəndaşdan hədə-qorxu gəlməklə pul alınıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Paytaxt sakinlərindən biri polis şöbəsinə hədə-qorxu ilə 1000 manat pulunun talandığı barədə məlumat verib.
Noyabrın 27-də polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb.