Bakı sakini Masallıda narkotiklə tutulub. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və xuliqanlıq əməllərinə görə məhkum olunmuş Nadir Dadaşov "Land Cruiser" markalı avtomobillə Masallı rayon ərazisində saxlanılıb. Axtarış zamanı ondan hazır bükümlərdə olan külli miqdarda heroin, metamfetamin və metadon həbləri aşkarlanıb.
Şübhəli şəxs tutulub. Onun barəsində araşdırmaya başlanılıb.
[caption id="attachment_118722" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]