Dələduz Bakı sakini saxlanılıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər dələduzluq əməllərinə görə bir neçə dəfə məhkum olunmuş Ceyhun Bədəlov müxtəlif mobil nömrələrdən vətəndaşlarla əlaqə saxlayaraq onlara saxta iş təklifləri edib. Daha sonra onlayn ödəniş sistemindən istifadə etməklə pul vəsaitlərini ələ keçirib.
Bu yolla dələduz ümumilikdə 48 vətəndaşın pulunu mənimsəyib. O, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.