Bakının Suraxanı rayonunda sakinin üzərində narkotik aşkarlanıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Suraxanı RPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini N.Mehdiyev saxlanılıb.
Baxış keçirilən zaman onun üzərindən 1 kiloqram 350 qram marixuana aşkar olunaraq götürülüb.