İyulun 25-də Bakı şəhər sakini A.Şahmurovdan uduşlu lotereya bileti oğurlanıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, oğurlanmış biletin uduşunun məbləği 560 manat təşkil edib.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Abbasov tutulub. Faktla bağlı araşdırma aparılır.