Bank hesabından pul oğurlanmasında şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Fevralın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Telman Axundov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.