Paytaxtın Qaradağ rayonunda 20 kiloqramdan artıq narkotik maddə aşkarlanıb. Bu haqda bu gün, 3 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bakı şəhər sakinləri R.Rəhimov və S.Kərimlinin üzərilərindən ümümilikdə 30 qrama yaxın heroin, R.Rəhimovun idarə etdiyi avtomobildən isə 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.