Sabunçu rayonunda 11 yaşlı oğlan bıçaqlanıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. 40 yaşlı Sərkar Həsənov 11 yaşlı Ömər Məmmədlini ikincinin yoldan keçən qadınlara söz atması ilə bağlı aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.
Həsənovun psixiatriya xəstəxanasında qeydiyyatda olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb.