Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində lotereya biletləri oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Vüsal Haqverdiyev həmyerlisi N.Vəliyevin 200 ədəd lotereya biletini oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.