Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Şamil Kamilov küçəsində “Kia” və “Honda” markalı avtomobillər toqquşub. Nəticədə “Kia” idarəetmədən çıxaraq yol kənarındakı ağac və qaz xəttinə çarpılıb. 1 nəfər xəsarət alıb.
Araşdırmalar davam edir.
[URIS id=88899]