Paytaxtın Nizami rayonu, Bakıxanov qəsəbəsində avtoqəza baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Anar Ələkbərovun idarə etdiyi “Chevrolet” markalı avtomobil Ələddin Qasımovun idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Sonuncu isə yolun kənarında dayanan Xuraman Həsənovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.