Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bakıxanov qəsəbəsində yerləşən gözəllik salonlarının birindən 3000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Bekineyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.