Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən pul, mobil telefon və tütün məmulatları oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şübhəli bilinən İlham Hümbətov saxlanılıb. Araşdırmalar zamanı onun Bakıxanov qəsəbəsində daha bir neçə obyektdən oğurluq etdiyi müəyyən edilib.
Toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edir.
[caption id="attachment_91001" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]