Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Alışma zamanı anbarda yığılmış dəmir məmulatlar yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.