Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində soyğunçuluq edən şəxs tutulub. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mingəçevir şəhər sakini İ.Mirəliyev Bakı şəhər sakini olan bir nəfərin 900 AZN pulunu talamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.