Sabunçu rayonunda qəzaya düşən gənc reanimasiyaya yerləşdirilib. Bu haqda bu gün, 10 fevral tarixində APA məlumat verir.
Hadisə Bakıxanov qəsəbəsində, Bəşir Bünyadov küçəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi Rüfət Güliyev şadlıq sarayından çıxaraq yolun əks istiqamətinə keçmək istəyərkən baş verib. 19 yaşlı gənc xəstəxanaya çatdırılıb. Ona sağ ayağın qamış sümüyünün sınığı diaqnozu qoyulub. Yaralı müayinə edilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırma aparılır.