Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Baku.es-ə istinadən xəbər verir.
Hadisə Ülvi Rəcəb küçəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü dönmə manevri edən zaman qarşıdan gələn “Opel Astra” markalı nəqliyyat vasitəsi ona çarpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Посмотреть эту публикацию в Instagram