Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 36 yaşlı Ceyhun Abdullayev yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.