Sabunçu rayonu, Bakıxanov qəsəbəsində mənzildən oğurluq edilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Vəlixanov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Musayev rayon ərazisində yerləşən evlərin birindən 1500 AZN və 5000 AZN dəyərində qızıl-zinət əşayaları oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.