Sabunçu rayonunda moped oğurlanıb. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. Tovuz rayon sakinləri Mürsəl Səmədov və Yusif Mirzəyev 3200 AZN-lik mopedi, eləcə də onun üzərində 390 AZN dəyərində açar dəsti, çanta, mobil telefon və dəbilqəni oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.