Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Ərazidə yerləşən evlərin birindən 12.000 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.