Paytaxtda “BakuBus”ın sürücüsü gecəyarı sərnişinləri yolun ortasında qoyub. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Sərnişinlərin sözlərinə görə, saat 00:00-da 5 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü dayanacaqda nəqliyyat vasitəsini saxlayıb və sərnişinlərə salonu tərk etməyi tapşırıb. Sürücü vətəndaşlara tezliklə başqa avtobusun gələcəyini və ondan istifadə edə biləcəklərini bildirib.
Sərnişinlər buna etiraz edərək avtobusdan düşməyincə sürücü mühərriki söndürüb, nəqliyyat vasitəsinin qapılarını açıq qoyaraq taksiyə minib və həmin yerdən yayınıb.