Paytaxın Nəsimi rayonunda sərnişin avtobusları qəza törədiblər. Bu haqda bu gün, 21 oktyabr tarixində Oxu.az məlumat yayıb.
“Memar Əcəmi” metrosu yaxınlığında qeydə alınan avtoqəzada 205 və 92 nömrəli marşrut xətlərinin nəqliyyat vasitələri toqquşub.
Xəsarət alan yoxdur.
Bundan əvvəl, 21 oktyabr tarixinə keçən gecə Binəqədi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir.