Bakının Nizami rayonunda vətəndaşın bank kartından 300 manat oğurlanıb. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polisə müraciət edən şəxs hadisənin iyulun 25-də baş verdiyini bildirib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şübhəli bilinən E.Rəfiyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.