Bakının Səbail rayonu, Bayıl qəsəbəsindən Badamdara qalxan yolun üst hissəsində ağaclar qurudulur. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az BakuPost-a istinadən məlumat verir.
Yerli sakinlərin sözlərinə görə, bir müddət əvvəl yamacda bərkitmə işləri aparılıb və ərazidə beton örtüyü çəkilib. Məhz bu ərazidə şam ağacları qurumağa başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ağacların hansı səbəbdən quruduğunun araşdırılacığını bildirib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qeyd edilib ki, həmin qurumlar həmin ərazilərdə işlər aparmayıblar.