Binəqədi rayonunda evdən oğurluq edən dəstə üzvləri saxlanılıblar. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov qəsəbədəki evlərin birindən 4700 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.