Bakıda ötən gün 2 nəfər batma təhlükəsi ilə üzləşib. Bu haqda 11 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə İstinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.