Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən çimərlikdə bir nəfər batıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
56 yaşlı Firudin İsgəndərov suda çimərkən qəfil boğulmağa başlayıb. Nəticədə onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmaya başlanılıb.