Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində gənc oğlan intihar edib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
24 yaşlı Sübhan Abuzərov adıçəkilən qəsəbədə yerləşən qohumuna məxsus yaşayış evinin həyətində özünü asaraq öldürüb. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.