Bakının Sabunçu rayonu, “Bilgəh beach” hotelinin qarşısında 24 iyul, saat 14:00 radələrində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 25 iyul tarixində Report məlumat verib.
Verilən məlumata əsasən, 36 yaşlı Sadiq Bəhlulov “KİA” markalı avtomobili idarə edərkən yolu keçmək istəyən 40 yaşlı Təranə Muradovanı vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.