Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Aparılan axtarışlar zamanı ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 kilometr aralıda, nəzarətsiz ərazidə batan uşağın meyiti tapılıb. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.