Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə batan şəxsin meyiti tapılıb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Batan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.