Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə bir nəfər batıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə xilasetmə məntəqəsindən təqribən 3 km aralıda, nəzarətsiz ərazidə baş verib.
Axtarışlara xilasedicilər cəlb olunublar.