Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol qəzasında bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Hadisə ötən gün günorta saatlarında baş verib. Yüksək sürətlə hərəkət edən “VAZ-2115” markalı avtomobil yerqazan traktorla toqquşub. Qəza nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb, sürücü müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.
Hadisə araşdırılır.